Nikol Paşinyanın gizli xəstəliyi

21 May, 2020 15:19 | Siyasət | Baxış sayı: 577

Anasından irsi keçdiyi düşünülür

Koronavirus pandemiyasının yeni dalğası qarşısında özünü itirərək rabitəsiz bəyanatlar verəndən sonra erməni ekspertlər yenə də Nikol Paşiyanın ictimaiyyətdən şizofreniya xəstəsi olmasını gizlətməsindən danışmağa başlayıblar.

İstiPress-in məlumatına görə, Paşinyan koronavirus barədə rabitəsiz açıqlamaları bu gün - Ermənistanda daha 335 nəfərin koronavirusa yoluxması aşkar ediləndən sonra verib. “Panarmenian.net” portalının yazdığına görə, hökumət iclasında rəqəmləri eşidən Ermənistan baş naziri “bizdə vəziyyət ağırdır” deyib sitəm edib.

Amma onun bu pessimist ruh halı elə də çox davam etməyib - az sonra o, Rusiyanın “Lenta.ru” portalının yazdığına görə, koronavirusa qarşı effektiv mübarizə üsulu tapdığını bildirib və yetərincə nikbin görünməyə çalışıb. 

Eynqi iclasda iki fərqli hal  nümayiş etdirməsi erməni ekspertlərin nəzərindən qaçmayıb və onlar bunun gizli şizofreniya olması qənaətinə gəliblər. Yəni Paşinyanın gizli şizofrenik olması barədə narıncı inqilab günlərində gəzən söhbətlər yenidən gündəmə gəlib.

Məsələ bundadır iki, həmin ərəfədə yazılan bir çox məqalələrdə Nikol Paşiyanın anasının şizofreniya xəstəsi olması, xəstəliyin irsi amillərlə oğluna da ötürülə biləcəyi vurğulanırdı. “Yerkramas” portalı həmin günlərdə adının anonim qalmasını istəyən bir mütəxəssisin bu barədə rəyini dərc etmişdi. Məqalədə Paşinyanda xəstəliyin gizli əlamətlərinin olmasına işarə vurulmuşdu.

Nikol Paşinyan və arvadı Anna Akopyan özünütəcriddə
Nikol Paşinyan və arvadı Anna Akopyan özünütəcriddə

Qeyd edək ki, gizli şizofreniya xəstələrini adi insanlar seçə bilmir və onlar adi həyatda nomal adam təsiri bağışlayır. Sadəcə, hərəkətləri rabitəsiz və məntiqsiz olur. Məhz mütəxəssislər bu cür amillər əsasında bu xəstələr barədə yekun qərar verirlər. Özü də bu rabitəsiz qərarlar kritik dönəmlərdə daha çox özünü göstərir.

Məsələn, pandemiyanın ilk günlərində Paşiyanın ailəsini də götürərək Dərəçiçəkdə (Tsaxkadzor) dövlət iqəmətgahında gizlənməsini də belə addımlardan sayırlar. Bu addımını o, arvadının Braziliya prezidentinin koronavirus daşıyıcısı xanımı ilə görüşməsindən sonra özünü təcrid tədbiri  kimi təqdim etmişdi. Ona ölkə rəhbəri olduğunu xatırlatmaq üçün ermənilər çox vaxt sərf etməli odlmuşdular.

İndi ermənilərin əsas qorxusu pandemiyanı bir qədər güclənməsindən sonra Nikol Paşinyanın onlara yaşadacağı yeni şoklarla bağlıdır. Nə bilmək olar, üç il qabaq hakitmiyyəti “çur-qurla” ələ keçirmiş siyasətçinin yeni daha əcaib qərarları da ola bilər…