Ermənistanda Hökumət binasının qarşısına xeyli sayda polis qüvvələri cəlb edilib.
İstiPress "news.am"a istinadən bildirir ki, buna səbəb müxalifətin hökumətin növbəti toplantısına əngəl olacağı ilə bağlı bəyanatı olub. Daha sonra poloslə etirazçılar arasında toqquşma olub.
Etirazlara baxmayaraq Nikol Paşinyan Hökumət binasına daxil ola bilib və iclas saat 11-də başlayıb.
Xatırladaq ki, dünən müxalifət nümayəndələri dekabrın 24-də səhər saatlarından Hökumət binasının qarşısını bloklayacaqlarını söyləmişdilər. Bununla bağlı xalqa çağırış edən “Daşnaksütyun” partiyasının funksioneri Gekam Manukyan baş nazir Nikol Paşinyanı Hökumət binasına buraxmayacaqlarını deyib. Bu səbəbdən polis qüvvələri Hökumət binasını bloklayaraq etirazçıları qabaqlayıb.