Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusdan sonra səhhətində yaranan problemlər səbəbindən 6 ay sonra istefa verə bilər.
İstiPress-in məlumatına görə, belə bir iddia ilə nazirin qohumları çıxış ediblər.
Məlumata görə, Conson hələ də koronavirusun nəticələrindən əziyyət çəkir və 2021-ci ilin əvvəlində istefaya gedəcək.
Xatırladaq ki, Boris Conson martın 27-də Covid-19-a yoluxub, apreldə isə xəstəxanadan evə buraxılıb.