Erməni politoloq Arman Boşyan baş nazir Paşinyanın son məqsədinin Ermənistanı məhv etmək olduğunu deyib.
İstiPress-in məlumatına görə, erməni politoloq Rusiyanın “Pravda.Ru” saytına verdiyi müsahibədə fikrini belə izah edib: “Rusiya-Ermənistan birliyini zəiflətmək isəyən insanlar Ermənistanı məhv etmək üçün çalışan insanlardır”.
Onun fikrinjə, Ermənistanı hərtərəfli və planlı şəkildə dağıdırlar. “Baş nazirin özü, kabineti və digər yüksək vəzifəli şəxslər belə bir siyasət yürüdürlər. Ancaq onlar yalnız deyil”.
Arman Boşşyanın fikrincə, Rusiya possovet məkanda öz mövqelərini itirir və bu işdə əsas rol oynayanlardan biri Nikol Paşinyandır və o, Qərbin rəngli inqilabların texnologiyası sayəsində hakimiyyətə gəlib.
“Bütün postsovet məkanında sirli proseslər gedir, ən sonda bu, hibrid, daha mürəkkəb bir şəkildə Rusiyada təkrar olunacaq. Bu proseslər əvvəlcə Gürcüstana sızdı, sonra Ukraynada baş verdi, dahv sonra Ermənistanın növbəsi gəldi, indi də hər yerdə baş eyni ssenari üzrə Belarusu silkələməyə çalışırlar. Ancaq bütün bunlar daha sonra olacaqların baş məşqidir. Hədəf Ermənistan və ya ümumiyyətlə digər periferiya respublikaları deyil. Ən əsas və son məqsəd Rusiyadır. Hədəf Rusiyadakı siyasi idarəetmə sistemini dəyişdirməkdir ki, Rusiya 90-cı illərə, məhz 90-cı illərdə qayıtsın, zəif düşsün”,- deyə Boşyan vurğulayıb.