BMT: İlham Əliyev və Serj Sarkisyanın görüşü mütləqdir

27 Sentyabr, 2017 15:45 | Siyasət | Baxış sayı: 307
Azərbaycan və Ermənistan prezidentləri
Azərbaycan və Ermənistan prezidentləri

"Ümid edirik ki, Prezidentlər səviyyəsində planlaşdırılan görüş etimadın artırılmasına töhfə verəcək"

BMT-nin baş katibi Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşü alqışlayır. 

İstiPress xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Stefan Dujarricin açıqlamasında bildirilib. 

“O, (Antonio Quterreş) gərginliyin azaldılması və danışıqlar prosesinin yenilənməsi ilə bağlı həmsədrlərin işini dəstəkləyir. Baş katib ümid edir ki, prezidentlər səviyyəsində planlaşdırılan görüş etimadın artırılmasına töhfə verəcək və əsas əhəmiyyətli məsələlərə sülh yolu ilə həll tapmaq üçün tərəflər arasında siyasi iradəni təşviq edəcək”, - sözçünün bəyanatında qeyd edilib.