Paşinyanın arvadı oğurluqda ittiham edilir

27 Noyabr, 2020 11:25 | Siyasət | Baxış sayı: 136

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın saç ustası Sofya Xudoyan ona qarşı sərt ittihamlar səsləndirib.

İstiPress-in məlumatına görə, o, Akopyandan zinət əşyalarını qaytarmağı və sifariş etdiyi geyimlərin pulunu verməyi tələb edib.

Sofya Xudoyan bildirib ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımları Anna Akopyan tərəfindən sildirilir.

“Silmə, sən oyanana qədər mən dəfələrlə yazacam, Anna. Əgər şərəfin varsa, zəng edin, zinət əşyalarımı qaytarın, sifariş etdiyin geyimlərin pulunu verin. Bu, utancvericidir. Silməyin”.