Türkiyənin keçmiş baş naziri vəfat etdi

30 Oktyabr, 2020 11:35 | Siyasət | Baxış sayı: 128
Məsud Yılmaz
Məsud Yılmaz

Türkiyənin sabiq baş naziri Məsud Yılmaz İstanbulda dünyasını dəyişib.

İstiPress “Sözcü”yə istinadən xəbər verir ki, 73 yaşlı siyasətçi uzun sürə xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, “Ana Vətən” partiyasının keçmiş sədri Məsud Yılmaz Türkiyənin baş naziri, xarici işlər naziri, mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. O, indiyədək 6 dəfə millət vəkili seçilib.

Məsud Yılmaz əslən həmşinli olub Türkiyənin Rizə ilinin Çayeli ilçəsinin Çataldərə köyündəndir.