“BakuBus”a məxsus avtobus yandı - VİDEO

01 Sentyabr, 2020 12:18 | Sosial | Baxış sayı: 119

Bakıda  “BakuBus” MMC-yə məxsus sərnişin avtobusu yanıb. 

İstiPress-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyi bildirib ki, Bakı şəhərinin Sabunçu rayonunda  “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.  Qeyd olunub ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də sözügedən hadisə ilə bağlı məlumat yayıb:

“01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır”.