"Təzə Pir" məscidində bayram namazı Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb
Bu gün Bakı məscidlərində Ramazan bayramının namazı (Ftir) qılınır.
İstiPress-in məlumatına görə, Fitr namazı saat 08:00-da paytaxtın "Əjdərbəy" məscidində qılınıb.
Bakıdakı "Təzə Pir" məscidində və digər məscidlərdə bayram namazı saat 09:00-da qılınıb. "Təzə Pir" məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb.