Türkiyədə koronavirusa qarşı hazırlanan peyvənd sınaqdan keçirildi

05 Noyabr, 2020 16:36 | Sosial | Baxış sayı: 53

Türkiyədə koronavirusa qarşı peyvənd ilk dəfə könüllü üzərində sınaqdan keçirilib.

İstiPress "ortadoguhaber.com" istinadən xəbər verir ki, peyvənd Səhiyyə Nazirliyinin dəstəyi ilə Erciyes Universiteti tərəfindən hazırlanıb. Universitetin yazılı açıqlamasında bildirilib ki, nazirlik peyvəndin sınağı üçün icazə verib: “ERUCOV-VAC” adlandırılan milli vaksinin ilk dozu Nazif Durna adlı könüllüyə vurulub.

Peyvəndin hazırlanmasında onlarla professor, tibb mütəxəssisi iştirak edib, onlar aylarla araşdırmalar, tədqiqatlar üzərində çalışıblar. Universitetin rektoru, professor Mustafa Çalış bildirib ki, koronavirusa qarşı peyvəndin klinik çalışmaları tamamlanıb, Faz-1 çalışmalarının isə gələn ilin yanvarında uğurla bitəcəyi gözlənilir. Rektor qeyd edib ki, peyvənd 3 həftə ara ilə könüllülər üzərində sınaqdan keçiriləcək.

İlk könüllü Nazif Durna hazırda özünü yaxşı hiss edir. Sınaqlardan sonra ikinci mərhələdə işlərə başlanılacaq.