Polşada güclü zəlzələ oldu

08 İyul, 2020 10:50 | Sosial | Baxış sayı: 117
Zəlzələ
Zəlzələ

Polşada Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, zəlzələnin episentri Zelyona Qora şəhərindən 63 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar 2 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə ilə bağlı hər hansı bir fəsad və ya itki barədə məlumat daxil olmayıb.