Alimlər koronavirusu birbaşa məhv edən dərmanı tapdılar

10 Dekabr, 2020 11:12 | Sosial | Baxış sayı: 163
Koronavirus
Koronavirus

Virus yükünü 13 dəfə azaldır

Rusiya alimləri koronavirusu birbaşa məhv edən dərman hazırlayıblar.

İstiPress-in "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə Stavropol diyarının səhiyyə qurumundan bildiriblər. 

Məlumata görə, Pyatiqorsk şəhər klinik xəstəxanasının bir qrup mütəxəssisi tərəfindən hazırlanan yeni preparat virusun fəaliyyətini uğurla məhv edir. Bu dərman artıq Qamaleya adına mərkəzdə toksiklik və antiviral tədqiqatlardan keçib.

Dərman virus yükünü 5,3-13 dəfə azalda bilər. Dərman "antisens terapiya" kimi tanınan müalicə metoduna əsaslanır.