Təhsil müəssisələrində yeməkxanaların fəaliyyəti dayandırılır

11 Sentyabr, 2020 10:32 | Sosial | Baxış sayı: 51

Təhsil müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin  təşkilinin müvəqqəti Qaydaları"nda qeyd edilib.

Qaydalara əsasən, internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.