Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb.
İstiPress-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.
Namaz vəhdət şəklində, yəni sünni və şiələrlə birlikdə qılınıb.
Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.