Bu rayon bütün uşaq bağçalarında monitorinq aparacaq

15 Sentyabr, 2020 15:59 | Sosial | Baxış sayı: 165

Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin bu gündən fəaliyyətinə icazə verilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qubada bu mövsüm 14 uşaq bağçası balacaların istifadəsinə verilib. 15 dövlət, 1 özəl uşaq bağçası qapılarını bu gün körpələrin üzünə açıb.

Quba İH başçısı Ziyəddin Əliyev Quba şəhərindəki özəl "Günəş"uşaq bağçası və körpələr evinə və 1 saylı uşaq bağçasına baxış keçirib. Məktəbəqədər təhsil müəssisələrindəki vəziyyəti monitorinq edən rayon rəhbəri balacalarla pandemiya qanunları çərçivəsində iş aparılmasının vacibliyini deyib. Rayonun bütün uşaq bağçalarında monitorinq aparılacağını deyən rayon İH başçısı bütün məktəbəqədər müəssisələrində lazımi hazırlıq işlərinin görüldüyünü bildirib.

Uşaq bağçalarının fəaliyyətini bərpa etməsilə əlaqədar Quba İH başçısının müavini Səidə Abasova rayondakı bütün uşaq bağçalarının rəhbərlərilə onlayn görüş keçirib.