Rusiyanın Volqoqrad şəhərində yerli tibb universitetinin qətlə yetirilən 17 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun nəşi vətənə yola salınacaq.
İstiPress-in məlumatına görə, bu barədə yerli istintaq qurumlarından bildiriblər.
Ötən gün Volqoqrad vilayəti qubernatoru Andrey Boçarov bu qətli törədən şəxsin axtarışına kömək müqabilində 1 milyon rubl (14.340 ABŞ dolları) mükafat vəd edib.
Daha əvvəl Azərbaycanın Rusiyadakı səfirliyinin bu hadisəni nəzarətə götürdüyü bildirilmişdi.