Xaçmazda gənc oğlan içki zəhərlənməsindən ölüb.
İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Nərəcan kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı Mehrab Baratov zəhərlənmə dioqnozu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq o xəstəxanada keçinib. İlkin məlumata görə, Mehrab Baratov spirtli içkidən zəhərlənib.
Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.