Bu il Qusarın 48 tam orta məktəbini 814 məzun bitirib.
İstiPress-in şimal bürosunun məlumatına görə, onlardan 483 nəfər ali məktəblərə qəbul imtahanında iştirak edib.
Qusar təhsil şöbəsinin məlumatına görə, builki məzunlardan 4 nəfəri 600-dən yuxarı bal toplayıb. Maraqlıdır ki, bu abituriyentlərin 4-ü də oğlandır.
Qusar şəhərindəki akademik Tofiq İsmayılov adına 6 saylı orta məktəbin məzunu Vüqar Akif oğlu Niftəliyev 648, Qusar şəhər 2 saylı orta məktəbin məzunu Əlhət Səməndər oğlu Seyidov, Eldar Ruslan oğlu Bəkirov 617 bal, İbrahim Mehman oğlu Şıxəliyev 611 bal toplayıb. Daha 18 nəfər 11-ci sinif şagirdi isə 500-dən yuxarı bal toplaya bilib.
Qəbul imtahanlarında Bəhruz Ağaverdiyev adına Qusar şəhər 1 saylı orta məktəbi də xüsusi nəticə əldə edib. Məktəbin direktoru Arif Xəlilov məlumat verib ki, bu il orta məktəbi bitirən 50 məzunun 50-si də sənəd verib, onlardan 42-si keçid balını toplayıb.