Bakı yaxınlığında qar - FOTO, VİDEO

19 Noyabr, 2020 12:26 | Sosial | Baxış sayı: 194

Bakıya yaxın olan dağlıq Xızı rayonuna ilk qar düşüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xızı qəsəbəsi və ətraf ərazi ilk qara bürünüb. Bu barədə fotoları İstiPress-ə C.Cabbarlının Xızı qəsəbəsindəki ev muzeyinin direktoru Həcər Rəsulova göndərib. Onun sözlərinə görə, ilk qar artıq cüzi də olsa yeri örtüb.

Ekogiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı regional hidrometerolgiya müəssisəsindən aldığımız məlumata görə, dağlıq rayonlara əsasən şaxta düşüb. Qubanın Qrız kəndində 6, Xınalıq kəndində 5,4 dərəcə şaxta qeydə alınıb.

Xızıda Cəfər Cabbarlının ev muzeyi
Xızıda Cəfər Cabbarlının ev muzeyi