Avqustun 30-a təsadüf edən Aşurada çoxsayda möminin iştirak edəcəyi mərasimlər olmayacaq.
İstiPress-in məlumatına görə, bui barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
"Operativ Qərargah tərəfindən Azərbaycanda karantin rejiminin müddəti avqust ayının 31-ə dək uzadılıb. Həmin tarixədək ibadət evlərinin fəaliyyətinə icazə verilməsi gözlənilmir",- deyə Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, bu məsələyə azərbaycanlı möminlər və din xadimləri də artıq münasibətlərini bildiriblər: "Onlar mütəxəssislərin rəyinə yüksək etimad göstərərək Məhərrəmlik mərasimlərində onminlərlə möminin iştirak etdiyini nəzərə alaraq bu mərasimlər zamanı sanitar-gigiyenik, sosial məsafənin saxlanması və digər qaydalara riayət olunmasına nəzarət edilməsinin mümkünsüz olduğunun vurğulayırlar. Din xadimlərinin insanların mənəvi aləmi ilə yanaşı, onların sağlamlığının qorunmasına da məsuliyyət daşıdıqlarını bildiriblər. Artıq bəzi din xadimləri Məhərrəm ayı ərzində internet vasitə ilə canlı yayım edəcəklərini, dinimizin bu ali dəyəri barədə verilişlər hazırlayacaqlarını açıqlayıblar".- deyə Komitəsi sədri vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən onlayn toplantıda səsləndirilən fikirlərə müraciət bildirən Qurbanlı deyib: "QMİ-nın Qazılar Şurasının müraciətində də bir sıra önəmli məqamlar öz əksini tapıb. Müraciətdə öz əksini tapan məqamlara qarşı din xadimlərimiz xüsusi diqqət yetirməli, bu həssas dönəmdə bu məsələdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər".