Bakı metrosunda problem yarandı

22 Sentyabr, 2020 12:13 | Sosial | Baxış sayı: 105
Bakı metrosu
Bakı metrosu

Bakı metrosunda qatarların hərəkətində gecikmələr yaranıb.

İstiPress-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, “N. Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini  təmin edən sxemdə baş vermiş nasazlığa görə hazırda  Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur: "Bəzi qatarlar arasında intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə olunur”.

B. Məmmədov həmçinin bildirib ki, bəzi qatarlar qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir.