Azərbaycanda COVİD-19-a yoluxma sayı azaldı

23 Noyabr, 2020 16:43 | Sosial | Baxış sayı: 114
Koronavirus xəstəxanası
Koronavirus xəstəxanası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-ə bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 95 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib, aktiv xəstələrin sayı 29 646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 784, ötən müddət ərzində isə ümumilikdə 1 617 239 test aparılıb.