Şimal bölgəsinin bütün rayonları bu gün ağ örpəyə bürünüb.
İstiPress-in şimal bürosunun məlumatına görə, bölgənin Quba, Qusar, Şabran, Xızı, Siyəzən rayonları ilə yanaşı adətən nadir hallarda qar yağan Xaçmaz rayonuna da qar düşüb.
Quba ərazi hidrometerilogiya müəssisəsindən İstiPress-ə verilən məlumata görə, qar ən çox 26 sm olmaqla Qusarın Ləzə -Şahdağ istiqamətinə yağıb. Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 21, Qubanın Xınalıq kəndində 11, Qrız kəndində isə 17 sm təşkil edir.
Bölgədə bu gecə şaxta da qeydə alınıb. Qusarın Ləzə, Qubanın Xınalıq və Qrız kəndlərində havanın temperaturu -10 təşkil edib.Qarın yağması davam edir.