Dünyanın dörd bir yanından İlham Əliyevə təşəkkür

26 Noyabr, 2019 08:35 | Sosial | Baxış sayı: 156
İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva

Din xadimləri II Bakı sammitinə görə təşəkkür edirlər

Bir müddət öncə Bakıda keçirilən dini liderlərin sammiti ilə bağlı prezident İlham Əliyevə təşəkkürlər gəlməyə davam edir. Müxtəlif ölkələrin dini liderləri, din xadimləri ƏI Bakı Sammitinin uğurlu təşkilinə görə onu təbrik edir və gələcək fəaliyyəti ilə  bağlı ən xoş arzularını çatdırırlar. Onlar qeyd edirlər ki, Azərbaycanın birgəyaşayış üçün nümunəvi ölkə olması tədbirdə iştirak edən hər kəsə xoş təəssürat bağışlayıb. 

Bunların arasında Hindistanın “Yaşamaq sənəti” beynəlxalq təşkilatının təsisçisi Sri-Sri Ravi Şankar, Yaponiyanın İşikava Prefekturasındakı Daijoji məbədinin Soto Zen Buddizm məktəbinin baş kahini Azuma Ryuşin, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Türkiyə Respublikası, İstanbul şəhəri, professor Dr. Halit Eren, İsveçrənin Cenevrə şəhərinin baş ravvini İzhak Dayan,  Mardin və Diyarbəkir Mitropoliti Filuksinos Saliba Özmen və başqaları va r.