DİQQƏT! Sabah küçəyə çıxmamaq tövsiyə edilir

27 Noyabr, 2020 14:21 | Sosial | Baxış sayı: 121
Bakıda dezinfeksiya işləri
Bakıda dezinfeksiya işləri

Son günlərdə COVİD-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

İstiPress-in məlumatına görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.