Şagirdlərin siniflər üzrə məktəbə qayıtma tarixi - RƏSMİ

28 Avqust, 2020 10:44 | Sosial | Baxış sayı: 173
Məktəb koronavirus vaxtı
Məktəb koronavirus vaxtı

İbtidai siniflərin 15 sentyabr tarixdən həftədə 2-3 dəfə dərsə gəlməsini təklif edirik. 5-9, 10 və 11-ci sinif şagirdlərinin dərsləri 15 sentyabrdan onlayn qaydada başlayır.

İstiPress-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 1 oktyabrdan 5-9-cu siniflərin əyani şəkildə məktəbə gəlməsi, 15 oktyabrdan isə 10 və 11-ci siniflərin məktəbə qayıtması planlaşdırılır. Prosesin mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur.