Bu ilin qeyri-adi Həcc ziyarəti başladı - CANLI

29 İyul, 2020 16:19 | Sosial | Baxış sayı: 141
Həcc - 29 iyul 2020-ci il
Həcc - 29 iyul 2020-ci il

Dünya müsəlmanlarının hər il etdiyi Həcc ziyarəti Səudiyyə Ərəbistanında artıq başlayıb.

İstiPress-in BBC-yə istinadən məlumatına görə, koronavirus pandemiyasına görə bu il iştirakçı sayı kəskin azaldılıb.

Adət edildiyindən fərqli olaraq, hər il gələn təxmini 2 milyon zəvvar əvəzinə, bu il Məkkə yalnız 10 min ziyarətçini qəbul edəcək.

Adətən Həcc ziyarətinə gələnlərin əksəriyyəti xaricdən gələn zəvvarlar olub. Bu il isə mərasimdə yalnız krallıqda yaşayan əcnəbilər iştirak edə biləcək. Kvotalara görə bu il zəvvarların təxminən 70% -i Səudiyyə Ərəbistanında yaşayan xarici vətəndaşlardır. Qalanları krallıq vətəndaşlarıdır.

Beynəlxalq ziyarətçilərə pandemiyanın qarşısını almaq üçün Məkkəyə səyahət etmək qadağan edilib.

Zəvvarlar daim maska taxmalıdrlar, onların temperaturu ölçülür və koronavirusa qarşı testdən  keçirilir.