Bayram namazının vaxtı açıqlandı

31 May, 2019 09:34 | Sosial | Baxış sayı: 295
Namaz
Namaz

Şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq

Azərbaycanda bayram namazının vaxtı məlum olub.

İstiPress-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.